15 Dekabr 2021 10:37
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı şəhəri Xətai rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

“Azərsu” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, Xətai rayonu Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər