18 Dekabr 2021 18:19
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Oğuz şəhərinin 20 Yanvar küçəsi, ev 31 ünvanında “Afra LTD” MMC-yə məxsus oteldə keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Müəssisədə sanitariya-gigiyena qaydalarının və karantin rejiminin tələblərinin pozulduğu, masalararası və oturacaqlararası məsafəyə riayət olunmadığı, masaların üzərində dezinfeksiyaedici məhlulların yerləşdirilmədiyi, işçilərin fərdi qoruyucu vasitələrdən (maska, əlcək və s.) təlimata uyğun şəkildə istifadə etmədiyi müəyyən olunub.

Aşkarlanan pozuntularla əlaqədar müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər