“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günündə onun oğulları Davud və Teymurla görüşüb.
Teleqraf.com-un məlumatına görə, Qurban Qurbanov Polad Həşimovun şəxsi əşyalarının qorunduğu Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
Görüntüləri jurnalist Şakir Eminbəyli sosial şəbəkədə paylaşıb.