19 Noyabr 2014 08:30
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada səhiyyə rəsmiləri quş qrupi kimi tanınan H5N8 virusuna yoluxmuş quşların kütləvi şəkildə məhvi prosesinə başlayıb.

Teleqraf.com-un "Euronews"a istinadən məlumatına görə, ilkin mərhələdə rəsmilər 6 minə yaxın ördəyi və toyuğu məhv ediblər. Proses virusun daha çox yayıldığı Yorkşir qraflığında baş tutub.

Rəsmilər bir neçə gün əvvəl virusun Niderland və Almaniyada aşkarlanan virusla eyni olduğunu təsdiqləmişdi.

Həmçinin, sözügedən ölkələr də bir neçə firmada quşları kütləvi şəkildə məhv ediblər.

H5N8 virusu H5N1 virusundan fərqli olaraq insan həyatı üçün təhlükəli hesab olunmur. H5N1 virusuna yoluxma halında isə xəstələrin 60 faizi ölümcül olur. Ümumdünya səhiyyə təşkilatı virusun insanlar arasında yoluxma ehtimalının az olduğunu məruzə edib.


Müəllif:

Oxşar xəbərlər