10 Yanvar 2022 11:59
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “8 noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün icrası təmin edilməklə hazırkı dövrədək ümumilikdə 10943 nəfər barəsində amnistiya tətbiq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev 2021-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.

Kamran Əliyev deyib ki, 6049 şəxs barəsində müvafiq prokurorların razılığı ilə cəzaları icra edən qurumlar tərəfindən, 4053 nəfər barəsində prokurorların iştirakı ilə məhkəmələr tərəfindən, 119 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 722 nəfərə isə digər qurumlar tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilib, cəzaları azaldılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər