16 Yanvar 2022 15:57
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Bildirilib ki, azyaşlılar artıq müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb.

"Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək" - T.Mərdanoğlu vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı videogörüntülər yayılmışdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər