18 Yanvar 2022 12:36
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan dilinin orfoqrafiya lüğətində (yenidən işlənmiş) “hörümçək” sözünün verilməməsi etirazla qarşılanıb. Bu, texniki qüsur kimi qəbul edilməlidir”.

Bunu Teleqraf.com-a Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

“Akademik İsa Həbibbəyli lüğətin nə tərtibçisi, nə redaktoru, nə də rəyçisidir. Onun adının hallandırılması məqsədli xarakter daşıyır. Lüğətin elmi redaktoru akademik Möhsün Nağısoylu, məsul redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, rəyçiləri filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əliyeva və mərhum professor Buludxan Xəlilovdur”, - Dilçilik İnstitutundan bildirilib.

Qeyd edək ki, son orfoqrafiya lüğətinə “hörümçək” sözü salınmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər