19 Yanvar 2022 17:29
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu rayonun Evoğlu kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı yanvarın 19-da quruma məlumat daxil olduğunu bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb:

“Bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam rayon icra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya"ya məktubla müraciət edilib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər