2021-ci il şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 14 nəfər intizam məsuliyyətinə cəlb edilib.
Teleqraf.com-un prokuməlumatına görə, bunu Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov deyib.
Şəhər prokuroru qeyd edib ki, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub.
"1 nəfərə şiddətli töhmət, 5 nəfərə töhmət elan edilib, 7 nəfərə irad tutulub.
Həmçinin Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 18 nəfər mükafatlandırılıb", - deyə Bakı şəhər prokuroru bildirib.