23 Yanvar 2022 08:44
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Universitetdə Azərbaycan Mərkəzinin açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə universitetin rektoru Berik Axmetov, Azərbaycanın Aktaudakı Baş Konsulluğunun rəhbəri Elmar Məmmədov, Mangistau vilayətinin İnvestisiya və Turizm Departamentinin rəhbəri Venera Mustapayeva, Azərbaycan Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, “Mangistau Media” MMC-nin direktoru Aysulu Dutbayeva müəllimlər və KİV nümayəndələri iştirak ediblər.

Mərkəz universitetdə təhsil alan tələbələr arasında iki qardaş xalq arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək, Azərbaycanın mədəniyyəti və tarixi, adət-ənənələrinin, habelə dilinin tanıdılması və təbliği üçün imkan yaradacaq.
Ş.Yessenov Universitetinin beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə magistr, soydaşımız İlkin Orucov mərkəzin direktoru təyin edilib.

Tədbir çərçivəsində universitet ilə Azərbaycanın Aktaudakı Baş Konsulluğu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.


Müəllif: Teleqraf.com