25 Yanvar 2022 09:23
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 62 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, monitorinq 60 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 46 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər