29 Yanvar 2022 11:02
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 28-də polis əməkdaşları tərəfindən respublika ərazisində 14 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

***

09:27

Ötən gün toylara görə 2 nəfər cərimələnib, 61 nəfər şənliyə buraxılmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yanvarın 28-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 171 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 61 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər