Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun ərazidə istiqaməti itirərək azan 4 hərbi qulluqçudan biri baş leytenant Fuad Allahverdi oğlu Bağırovun axtarışları davam etdirilir.
Teleqraf.com xəbər verir ki, Fuad Bağırov əslən Şirvan şəhərindən olsa da, ailəsi ilə Gəncədə yaşayır. Onun bir qızı, bir oğlu var. Zabitimizin qızı 3 ay öncə doğulub.
Qeyd edək ki, Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd hərbi qulluqçumuz - baş leytenant Fuad Allahverdi oğlu Bağırov, MAXE, kiçik çavuş Cavad Rauf oğlu Hüseynov, əsgər Maşallah Rövşən oğlu Hüseynov və əsgər Yasin Yavər oğlu Kərimov ərazidə istiqaməti itirərək azıb. Keçirilən axtarışlar nəticəsində bu gün səhər C.Hüseynov, M.Hüseynov və Y.Kərimov tapılıb və hospitala yerləşdirilib. Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.