7 Fevral 2022 12:08
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim üçün ən vacib qazanc içimizdə qanayan yaranın sağalması oldu. Qarabağın işğalı gənclik illərimizdə baş vermişdi. Bu işğal hüzurumuzu pozmuşdu, həm ailə ortamımızda, həm cəmiyyət arasında böyük üzüntüyə səbəb olmuşdu.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı ilə bağlı mətbuat konfrasında “TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Səlcuq Bayraqdar deyib:

"Çox şükür ki, o yara qapandı. Qazilərimizin, şəhidlərimizin sayəsində bunu bacardıq. Azərbaycanın zəfəri texnologiyanın vacibliyini bütün dünyaya göstərmiş oldu. Bu, bizim üçün çox böyük qazancdır. Bundan daha yaxşılarını gənclərimizin edə biləcəyini düşünərək "Teknofest"i təşkil edirik. Yetər ki, gənclər bunun üçün çalışsınlar, cəhd etsinlər.

Bizim uğurumuz 20 ildə qazanıldı. Bezmədən, usanmadan çalışdıq. Texnologiyanı inkişaf etdirmək dünyada oxumağı, yazmağı bacarmaq qədər vacibdir. Texnologiyası inkişaf etməyən ölkələr nə müstəqil ola bilir, nə də inkişaf edirlər. Dünyaya baxın, bütün irəliləyişlər, uğurlar texnoloji icadlar sayəsində əldə edilir. Bu küləyi əsdirənlər də var, o küləyə məruz qalanlar da. Əgər ayaqda qalmaq istəyiriksə, əsdirən tərəf olmalıyıq və bunu birlikdə etməliyik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər