8 Fevral 2022 10:46
306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalının Sığnax kəndində baş vermiş avtobus qəzasında yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir.

"Ağırlaşma halları müşahidə olunmur. Reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir", məlumatda qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər