11 Fevral 2022 18:48
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 603 yeni yoluxma faktı qeydə alınıb, 6 347 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan T verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 732 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 672 256 nəfər müalicə olunaraq sağalıb, 8 998 nəfər vəfat edib, aktiv xəstə sayı 51 126 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 401, ötən müddət ərzində isə ümumilikdə 6 352 994 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər