21 Noyabr 2014 10:10
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası ilə (AMEA) Serbiya Elmlər və İncəsənət Akademiyası (SEİA) arasında əməkdaşlıq imkanları müzakirə ediləcək.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, bu məqsədlə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 30-dan dekabrın 3-dək Belqradda səfərdə olacaq. SEİA-nın prezidenti, akademik Nikola Haydinin dəvəti ilə baş tutacaq səfər çərçivəsində tərəflər arasında elm və texnologiya sahəsində əməkdaşlığa dair Saziş və həmin Sazişə əlavə olaraq Protokol imzalanması nəzərdə tutulur.

NİGAR


Müəllif:

Oxşar xəbərlər