Şəkinin Daşüz kəndində yerləşən Ədil xana məxsus ev - tarixi abidə məhv olmaq üzrədir.
Teleqraf.com-a təqdim olunan fotolardan da bəlli olur ki, tarixi abidə illərdir baxımsızdır.
1914-cü ildə bişmiş kərpicdən tikilən evin Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi mühafizə olunduğu deyilir.
Qeyd olunur ki, Ədil xan İlisulu XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış məşhur zadəganlardan biridir. Sultanovlar nəslinin nümayəndəsi olan bu şəxs atlara böyük marağı ilə şöhrət qazanıb. O, Daşüz kəndində Qafqazda o vaxtın ən böyük atçılıq zavodlarından birini inşa etdirib. Bu kənddə Ədil xanın xatirəsini yaşadan ev günümüzə qədər gəlib çatıb.