15 Fevral 2022 12:28
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamlarla iqtisadiyyat nazirinin I müavini təyin edilmiş Elnur Əliyev və nazir müavini təyin olunmuş Rövnəq Abdullayev kollektivə təqdim edilib.

Teleqraf.com nazirliyə istinadən xəbər verir ki, onları kollektivə nazir Mikayıl Cabbarov təqdim edib.

Nazir yeni təyinat münasibətilə E.Əliyevi və R.Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə onlara uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər