26 Fevral 2022 22:39
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müxtəlif şəhərlərində çıxılmaz vəziyyətdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi çərçivəsində ilk təyyarə sabah Bakıya gələcək.

Teleqraf.com-un məlumatına görə, Türkiyə hava yolları şirkətlərinin təyyarələri ilə Ukraynadan Moldovaya təxliyə edilən vətəndaşlar Moldovadan avtobuslar vasitəsilə Rumıniyaya aparılacaq.

Bu ölkədən isə həmyerlilərimizin təyyarələrlə Bakıya gətirilməsi təmin ediləcək.

Təxliyə prosesi Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Ukraynanın Azərbaycandakı fəxri konsulu Mehrəli Qasımovun dəstəyi ilə həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər