Ukraynada olan Azərbaycana məxsus beynəlxalq yükdaşımaları icra edən sürücülərin təxliyəsinə başlanıb.
Bunu Teleqraf.com-a Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ruslan Eldaroğlu bildirib.
Onun sözlərinə görə, ötən gün Odessa şəhərindən Moldova Respublikasına 6 yük nəqliyyat vasitəsinin keçidi təmin edilib:
"Bu gün isə bir o qədər də yük maşınının həmin istiqamətə doğru keçəcəyi gözlənilir. Qeyd edim ki, yanacaq problemi ilə üzləşən sürücülərin də problemi öz həllini tapıb. Hazırda digər istiqamətlər üzrə əsasən də Xarkov, Kiyev ətrafında cəmləşən sürücülərin təxliyəsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparırırq.
Ötən gün Xarkov şəhərində baş verən atışma zamanı üç nəfər sürücü xəsarət alıb. Onlardan biri ambulator yardımdan sonra evə buraxılıb. Digər iki sürücü isə Xarkov Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların tez bir zamanda sağalması və ailələrinin yanına dönməsi üçün işlər aparılır", - deyə R.Eldaroğlu bildirib.