1 Mart 2022 13:53
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mastercard”ın ardınca “Visa” da bir neçə Rusiya bankının ödəniş sisteminə çıxışını bloklayıb”.

Bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov teleqram kanalında yazıb.

“Bu o deməkdir ki, sözügedən bankların kartları yalnız Rusiya daxilində işləyəcək. Ölkə xaricində və xarici onlayn-mağazalarda onlardan istifadə etmək mümkün olmayacaq”, - o yazıb.

Xatırladaq ki, daha əvvəl “Mastercard” da analoji addımı atmışdı.

Bundan başqa, “Mastercard” Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı iş aparır./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər