Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinin iştirakı ilə 2018-ci ildən bu günə qədər İraq həbsxanaları və uşaq evlərində yaşayan ümumilikdə 288 nəfər (286 azyaşlı və 2 qadın) Azərbaycan vətəndaşı ölkəmizə repatriasiya edilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatda qeyd edilib ki, 2021-ci ildə İraq və Suriyadan 69-u uşaq və 12-si qadın olmaqla ümumilikdə 81 nəfər Azərbaycana gətirilib.
Aidiyyəti qurumlar tərəfindən repatriantların reabilitasiya və reinteqrasiyası prosesi təmin edilib. Repatriasiya prosesinin 2022-ci ildə də davam etdirilməsi nəzərdə tutulub.