"Palmali" Holding Türkiyədə oxuyan 100 azərbaycanlı tələbəni dəstəkləmək üçün təqaüd proqramının davam etdiyini elan edib.
Teleqraf.com xəbər verir ki, təqaüdlər 2022-2023-ci il tədris üçün olacaq.
Bu təqaüd proqramının əsas məqsədi hazırkı bakalavr və magistratura tələbələrinə maliyyə dəstəyi göstərmək, layiqli tələbələrin təhsillərini davam etdirməsinə təşviq etməkdir.
2022-2023 tədris ilinin ümumi bölgüsü Təqaüd Komitəsi tərəfindən təqdim olunan müraciətlərin qiymətləndirilməsi əsasında müəyyən edilir.
Təqaüd üçün 100 azərbaycanlı tələbə seçiləcək.
* Tədris ilindən bir il əvvəlki ili yüksək bal və dərəcə ilə bitirən tələbələr
* Şəhid ailəsinin üzvləri olan tələbələr
* Qarabağ müharibə veteranlarının ailəsindən olan tələbələr
* Maddi vəziyyəti çətin olan tələbələr
"Palmali"nin yeni təqaüd proqramına qeydiyyat 2022-ci il aprel ayının 1-30 tarixləri arasında aparılacaq.
Proqramda iştirak etmək istəyən tələbələr tələb olunan sənədləri [email protected] elektron poçtuna göndərməlidirlər. Sənədlərin yoxlanmasından sonra seçilmiş 100 tələbəyə təqaüd verilməsi növbəti tədris ilində başlayacaq.
Təqaüd proqramı üçün sənədlər aprelin 1-dən 30-dək davam edəcək.
Xatırladaq ki, bu "Palmali" Holding tərəfindən azərbaycanlı tələbələrə verilən ilk təqaüd proqramı deyildir.