25 Mart 2022 13:42
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 25-i saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarınadək yağış davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında - Neft Daşlarında 7.0 mm, Çilov adası, Bakıda 4.0 mm, Binədə 2.0 mm, Maştağa, Sumqayıt, Pirallahıda 1.0 mm-dək, Neftçalada 7.0 mm, Astara, Balakəndə 4.0 mm, Şahdağ, Sarıbaş (Qax), Lənkəranda 3.0 mm, Ləzə, Biləsuvar, İmişli, Kürdəmir, Zaqatala, Ağdam, Gədəbəydə 2.0 mm, Ordubad, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Xınalıq, Yevlax, Zərdab, Beyləqan, Sabirabad, Salyan, Yardımlı, Ağsu, Kişçay (Şəki), Şabranda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Sarıbaş (Qax), Lerikdə 60 sm, Şahdağda 55 sm, Xaltanda 48 sm, Şahdağda 43 sm, Ağdərədə (Ordubad) 34 sm, Altıağacda 32 sm, Kişçay (Şəkidə) 30 sm, Ləzədə 22 sm, Xınalıq, Daşkəsəndə 16 sm, Qrızda 12 sm, Göygöldə 10 sm, Şamaxıda 8.0 mm, İvanovka (İsmayılı) 5 sm, Qəbələdə 1 sm olub.

Külək şimal-qərb küləyi arabir Daşkəsən, Şabranda 20 m/s, Altıağacda 17 sm, Naxçıvanda 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°-dək isti, Naxçıvan MR-da 7°-dək şaxta, dağlıq rayonlarda 12°-dək şaxta, aran rayonlarında 4°-dək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 26-sı gündüzədək davam edəcək. Martın 27-28-də havanın temperaturu iqlim normasına yaxınlaşacaq, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər