"Bu gün mənim üçün danışmaq çox çətindir. Cənab prezidentə və birinci xanıma öz adımdan və qohumlarım adımdan təşəkkür edirəm ki, bu ağır gündə bizə dəstək durdular. Ən əsası yanımızda oldular".
Bunu eks-prezident Ayaz Mütəllibovla vida mərasimində mərhumun oğlu Zaur Mütəllibov deyib.
Zaur Mütəllibov dəfn mərasimində iştirak edənlərin hər birinə təşəkkürünü çatdırıb:
"Burada iştirak edən, yanımızda olan hər kəsə minnətdaram. Çox sağ olun ki, yanımızda oldunuz".