4 May 2022 18:23
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bu ölkənin dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Li Satterfildlə görüşüb.

Mədəniyyət Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüş Dövlət Departamentində baş tutub.

Görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunub. Anar Kərimov “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsü barədə danışıb. Həmçinin ölkəmizin mədəni irsinin qorunması yolunda aparılan işlər barədə məlumat verilib.

Tərəflər bir sıra məsələlər haqda da fikir mübadiləsi aparıblar.

***

Anar Kərimov Smitsonian İnstitutunda Muzeylər və mədəniyyət katibinin müşaviri Kevin Qover və Folklor və Mədəni İrs Mərkəzinin direktoru vəzifəsini icra edən Riçard Kurinlə də görüşüb.

Görüşdə ikitərəfli uğurlu əlaqələrin qurulması, araşdırmalar və sərgilərin təşkili, eksponatların restavrasiyası mövzusunda danışıqlar aparılıb. Söhbət zamanı nazirə məlumat verilib ki, Smitsonian İnstitutu hər il bir-birindən zəngin folklor festivalları təşkil edir. Eləcə də Azərbaycanın növbəti festivallara qatılmağı təklif olunub.

Həmçinin İnstitutda müxtəlif sahələr üzrə təcrübə proqramlarının keçirilməsindən, bu proqramlara ölkəmizdən olan mütəxəssislərin də qoşulmaq imkanlarından bəhs olunub.

Görüş zamanı sıx əməkdaşlığa təkan verəcək Anlaşma Memorandumu da imzalanacağı ilə bağlı razılığa gəlinib. Qeyd olunub ki, bu memorandum gələcək çoxşaxəli əməkdaşlıq üçün olduqca vacibdir.

Sonda tərəflər bir-birinə tarixi və mədəni baxımdan böyük önəm daşıyan kitablar hədiyyə edib.
***
Mədəniyyət naziri ABŞ arxiv idarəsinin rəhbəri vəzifəsini icra edən Debra Voll ilə görüşüb.
Görüş zamanı bir sıra əhəmiyyəti mövzular müzakirə olunub. Həmçinin azərbaycanlı mütəxəssislərin yaxın gələcəkdə treyninq proqramlarına qoşulması barədə razılıq əldə olunub. Mədəni irsin arxivləşdiriməsində, eləcə də arxiv sənədlərinin rəqəmsallaşdırılmasında Amerika təcrübəsindən faydalanmağın önəmindən bəhs olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər