7 May 2022 09:50
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın paytaxtı Braziliya şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ilə Braziliya Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti (3-cü raundu) keçirilib.

Bu barədə Teleqraf.com-a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

Həmçinin, Braziliyaya səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Braziliya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Filipe Martins, kənd təsərrüfatı nazirinin müavini Marcio Eli Almeida Leandro və Braziliya Parlamentində Braziliya Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşlər keçirib.

Keçirilən görüşlər çərçivəsində ikitərəfli münasibətlərin perspektivləri, iqtisadi əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin vacibliyi müzakirə edilib, dövlətlər arasında təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər