14 May 2022 00:56
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsman Səbinə Əliyeva Türkiyəyə səfəri çərçivəsində Bursa valisi, Bursa Böyükşəhər və Osmanqazi bələdiyyələrinin sədrləri ilə görüşüb.

Ombudsman Aparatından Teleqraf.com-a verilən məlumata görə, görüşlər zamanı S.Əliyeva Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bununla yanaşı, səfər çərçivəsində imzalanan Anlaşma Memorandumu ilə Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının təsis edilməsinin türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından önəmi vurğulanıb.


Müəllif: Teleqraf.com