26 May 2022 10:49
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəzaya düşən polis əməkdaşlarının vəziyyəti açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan yol qəzası nəticəsində xəsarət alan 4 nəfər təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, 1 nəfər isə qarnının küt travması və bədənin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib: "Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti sabit qiymətləndirilir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər