Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində bu gün əfv sərəncamının icrasına başlanılıb.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.
Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.
Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
Əfv olunan məhkumlardan 3-ü qadın, 3-ü isə əcnəbi vətəndaşdır.
Ömürlük azadlıqdan məhrum edilmiş Şəmsi Səmədzadə əfv olunub.
Bundan başqa, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə rəisi Teymur Quliyev, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində şöbə rəisi, polkovnik Səlim Məmmədov, "MTN işi"nə görə məhkum olunan Natiq Alıyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, AXCP üzvü Saleh Rüstəmov, jurnalsit Əfqan Sadıqov da əfv olunanlar arasındadır.