28 May 2022 11:24
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində əf sərəncamının icrası davam edib.

Teleqraf.com xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 27 nəfər məhkuma şamil olunub.

Həmin şəxslərdən 22-si azadlığa buraxılıb, 5 nəfərin isə cəzası yarıya endirilib.

Azadlığa buraxılanlar arasında Gəncə məhbusları və bir jurnalist də var.

Əfv sərəncamının icrası ilə jurnalist Zöhrab Əliyev azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər