17 İyun 2022 20:37
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

***

Çox siqarət çəkən adamı ilan sancması, nəticədə ilanın özünün ölməsi barədə təbiətlə bağlı bir jurnaldan oxumuşdum. Əslində bununla çağırış etmək istədim ki, siqaret insana hərtərəfli ziyandır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, daha çox siqaret çəkən insanın qanında həddindən artıq nikotin yaranır: “Bununla da ağciyər sıradan çıxır. Tövsiyəmiz odur ki, insanlar çox siqarət çəkməsin. Heç olmasa, siqaret alanda onun qutusunun üzərinə baxsınlar. Orada da yazılıb "siqaret çəkmək sizin saxlamlığınız üçün son dərəcədə təhlükəlidir". Bu o deməkdir ki, siqaret çox sayda xəstəliklərə səbəb olur, insan ömrünü qısaldır”.

Deputat siqaretin bu qədər ziyanlı olması azmış kimi üstəlik maddi zərər verdiyini söyləyib: “Kiminsə bundan xoşu gəlmirsə, özü bilər. Mənim işim xəbərdarlıq etməkdir. Özüm siqaret çəkmirəm, siqaret çəkməyən insan kimi də bu çağırışları edirəm”.


Müəllif: Tapdıq Qurbanlı