20 İyun 2022 13:07
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı təhlükə yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, bundan əvvəl də dünyada meymunçiçəyi xəstəliyi olub: "Onsuz da Afrikada mövcud idi, Avropada isə yeni yayılmağa başlayıb. Düzdür, koronavirus qədər narahatedici səviyyədə deyil. Sadəcə, fərqli formada yoluxuculuq qabiliyyəti olduğundan insandan insana çətin keçir. Ona görə də çox narahat deyilik. Lakin yenə də izləmək lazımdır".


Müəllif: Teleqraf.com