“Dövlət Neft Fondu ilə birlikdə hazırladığımız və Azərbaycanda geniş zolaqlı internet xidmətlərinin tətbiqi üçün nəzərdə tutulan layihələrin texniki işləri başa çatıb”.
Teleqraf.com xəbər verir ki, bu sözləri rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə sabah Bakıda baş tutacaq XX Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu layihələrin tam reallaşması üçün maliyyə dəstəyi artırılacaq: “BakuTel” sərgisində bu layihəni təqdimatını keçirəcəyik. Gələn ildən isə bu layihənin icrasına başlayacağıq. Layihə Azərbaycanda geniş zolaqlı internet xidmətlərinin daha da günişlənməsinə xidmət edəcək”.
Nazir müavini qeyd edib ki, Azərbaycanda bu xidmətlərin inkişaf etdirilməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsində istifadə olunur: “Yəni, bu layihə növbəti ilin ən böyük layihələrindən biri olacaq və 3 il müddətində icra ediləcək”.
İlhamə