28 İyun 2022 12:49
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırlanan Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri aztəminatlı ailələrə dəstəyi ifadə edir. Ölkə başçısı bu istiqamətdə bir neçə fərman və sərəncam imzalayıb. Bundan sonra da əlavə xərclər və gəlirlər əhalinin sosial müdafiə sahəsinə yönlədiləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Əmək və əhalisinin sosial müdafiə naziri Sahil Babayev deyib.

O, komitə sədri Siyavuş Novruzovun qaldırdığı məsələlərə də münasibət bildirib: “Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinə və veteranlarına fərq qoyulmur. Onların sayəsində dövlətimiz qorunub və müdafiə olunub. Post-müharibə dövründə 103 min şəxsə dəstək göstərilib. Mənzil, avtomobil, reablitasiya dəstəyi göstərilir. Bu qəbildən olan vətəndaşlarımıza xidmət göstərməkdə davam ediləcək”.

Nazir bildirib ki, müharibə veteranlarına verilən müavinət artırılıb: “Biz veteranlarımızı daha çox aktiv məşğulluq sahəsinə cəlb etmək istəyirik. Bizim mindən çox sahibkarımız bu marafona qoşulub. 7 minə qədər veteranımız işə düzəlib, 8 minə qədəri də məşğulluğa cəlb edilib. Bu proses davam edəcək”.


Müəllif: Nemət