4 İyul 2022 09:23
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt-Bakı sürət qatarında texniki nasazlıq nəticəsində gecikmə yaranıb.

Teleqraf.com xəbər verir ki, nasazlıq qrafik üzrə 08:00-da Sumqayıt dəmiryolu stansiyasından Bakıya yola düşməli olan qatarda yaşanıb.

Nəticədə qatar hərəkətə təyin ediləndən 10 dəqiqə daha gec başlayıb.

Sərnişinlərə edilən xəbərdarlıqda gecikmənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.


Müəllif: Teleqraf.com