6 İyul 2022 17:36
262
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Birliyin Naftalan şəhəri üzrə qaz xidmət sahəsinin əməkdaşı Samir Hüseynov ilə xidməti işini yerinə yetirərkən görüşüb.

Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.

Baş direktor işindəki nəticələrə və bu nəticəni şərtləndirən nümunəvi fəaliyyətinə görə Birlik əməkdaşına təşəkkür edib və onun əməyini xüsusi hədiyyə ilə qiymətləndirib. Baş direktor bir daha tövsiyə edib ki, Birliyin bütün fəaliyyət sferasında əsas amil abonent məmnunluğu olmalıdır.


Müəllif: Yeganə Oqtayqızı