3 Dekabr 2014 19:20
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən “3 Dekabr - Beynəlxalq Əlillər günü” Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Teleqraf.com-un məlumatına görə, bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı əlil ailələrinə baş çəkilib.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər. Görüş zamanı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əlil ailələrinin evində olub, ölkədə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib.

Aygün Əliyeva əlil ailələrinin problemlərini dinləyib və onlara Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyə və yardım sovqatını təqdim edib.

Ümumillikdə gün ərzində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 200-dən çox əlilə hədiyyə və yardım sovqatı verilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər