6 Avqust 2022 15:09
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur mesajlaşma tətbiqi “WhatsApp” spam və qadağan olunmuş mesajlara görə ciddi sanksiyalar tətbiq etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, dünya üzrə təxminən 2 milyarddan çox insanın yüklədiyi tətbiq bəzən informasiya çirklənməsi, yalan məlumatların yayıldığı, arzuolunmaz mesajların alındığı bir ortama çevrilə bilir.

“WhatsApp” istifadəçilərin təcrübəsini yaxşılaşdırmaq üçün yeni funksiyalar inkişaf etdirməyə davam edir. Mesajlaşma və söhbətə əsaslanan “WhatsApp” pis məzmun göndərən insanlara qarşı sanksiyalarda israrlıdır. Əldə edilən məlumata görə, şirkət zərərli, qadağan olunmuş və ya qeyri-qanuni mesajlar göndərən şəxslərin cərimələnməsi üçün işlərə başlayıb.

Tətbiq əvvəlcə istifadəçilərinə müəllif hüquqları ilə qorunan məzmunu paylaşmaqdan çəkinmələri barədə xəbərdarlıq edəcək. Müvafiq olaraq, orijinal məzmun istehsalçıları şikayət edərsə, onu paylaşan şəxs təzminat ödəməli olacaq. Eynilə “WhatsApp”da böyüklər üçün və ya uyğun olmayan məzmunun paylaşılması, xüsusən də qrup söhbətinin hər hansı üzvü bu barədə məlumat verərsə, hüquqi nəticələrə səbəb ola bilər.

“WhatsApp” bir şəxs və ya təşkilatları istifadəçilərə “toplu mesaj” göndərilməsi ilə bağlı da xəbərdarlıq edib. Bu xüsusiyyət tez-tez məhsulu reklam etməyə çalışan şirkətlər və ya hətta fırıldaqçılar tərəfindən istifadə olunur.

Bundan əlavə, xidmət şərtlərinə uyğun gəlməyən və istifadəçiləri narahat edən mesajlar göndərsəniz, “WhatsApp” platformadan istifadəni həmişəlik qadağan edə bilər. Mesaj göndərmək istədiyiniz zaman "Telefon nömrəniz “WhatsApp”dan istifadə etmək qadağandır. Yardım üçün dəstək komandası ilə əlaqə saxlayın" mesajı görünür.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər