Sabah Bakının Bülbülə və Əmircan qəsəbələrində su kəsiləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.
Bildirilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 7 avqust 2022-ci il tarixində gün ərzində Suraxanı rayonu Bülbülə və Əmircan qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.