13 Avqust 2022 14:25
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası növbəti həftə daha 1 şəhər və 4 rayonda keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Avqustun 15-19-u tarixlərində saat 12:00-da baş tutacaq “Açıq mikrofon” aksiyaları həftənin 1-ci günü Sumqayıt şəhərində (Şəmsi Bədəlbəyli 8, “Kimyaçı” Mədəniyyət Sarayı), 2-ci günü Biləsuvar rayonunda (Heydər Əliyev prospekti, Mərkəzi Park), 3-cü günü Cəlilabad rayonunda (Heydər Əliyev prospekti, Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi), 4-cü günü Yardımlı rayonunda (Heydər Əliyev prospekti 165, Heydər Əliyev Mərkəzi), 5-ci günü Lənkəran rayonunda (Həzi Aslanov Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Müəllif: Yeganə Oqtayqızı