16 Avqust 2022 12:52
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanın Otar şəhərində keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində tapşırıqlar icra edilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuella və Zimbabve komandalarının iştirak etdiyi müsabiqənin növbəti mərhələsində tapşırıqlar gecə vaxtı yerinə yetirilib.

Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə müxtəlif maneələri dəf edib, həmçinin işıqlandırılan hədəflərə minaatanlar, qumbaraatanlar və avtomatlardan atəş açıblar.

Artilleriyaçılarımız bu mərhələdə də bütün hədəfləri sərrast atəşlə məhv edib.

Mərhələnin nəticələrinə görə Qazaxıstan birinci, Azərbaycan ikinci, Rusiya artilleriyaçıları isə üçüncü yerdə qərarlaşıb.


Müəllif: Teleqraf.com