23 Avqust 2022 18:00
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 732 vaksin vurulub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 886, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 190 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 850 299 təşkil edir.


Müəllif: Teleqraf.com