“YAŞAT” Fondu yaralı hərbçilərimizi ziyarət edib.
Bu barədə Teleqraf.com-a Fonddan məlumat verilib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşüblər.
Ülvi Mehdiyev onların səhhəti, müalicə prosesi ilə yaxından maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Yaralılarımızın müraciətləri dinlənilib.
Diqqətə çatdırılıb ki, "YAŞAT" Fondu tərəfindən şəhid ailə üzvlərinin və yaralanlarının təminatına dəstək məqsədilə bir sıra işlər görülüb və tədbirlər bundan sonra da davam etdiriləcək.