30 Sentyabr 2022 11:30
208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında qərar layihəsi təsdiqlənib.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı məsələ parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilib.

Müzakirələrdən sonra deputatlar qərar layihəsinin lehinə səs veriblər.

Həmin qanun layihələri aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidenti, Milli Məclisin deputatları, Ali Məhkəmə, Azərbaycan Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;

3. Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi

5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi

6. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi;

7. “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi;

8. “Ali təhsil haqqında” qanun layihəsi

9. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi

10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.


Müəllif: Nemət

Oxşar xəbərlər