Tofiq Yaqublu sərbəst buraxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.
Qeyd edək ki, bu gün günorta saatlarında Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb.
O, razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb. Xatırladaq ki, bir sıra ictimai fəal və partiya nümayəndələri bu gün Milli Məclisin qabağında aksiya keçirmək üçün sosial şəbəkələrdə çağırışlar etmişdi.