4 Oktyabr 2022 19:49
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 4-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri cənab Mədət Quliyev Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı M.Quliyev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib.Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yardıldığını vurğulayan nazir, MSN-nin bugünədək böyük inkişaf yolu keçdiyini bildirib.

M.Quliyev Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan uğurlu əməkdaşlıq barədə danışıb.44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyin qazandığımız Zəfərdə böyük rol oynadığını vurğulayan nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.Türkiyənin milli müdafiə naziri H. Akar "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı ilə təltif edilib. Medalı qonağa M.Quliyev təqdim edib.Səmimi qəbula görə nazir M.Quliyevə təşəkkürünü bildirən H.Akar Ermənistanın təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçuların yaxınları və ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib. İşgüzar səfər çərçivəsində baş tutan bu görüşün Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan əməkdaşlığın daha da inkişafında önəmli rol oynacağını qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər