Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib.
Teleqraf.com xəbər verir ki, təlimin keçirilməsində məqsəd nəqliyyat qəzaları zamanı deformasiyaya uğrayan avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə Regional Mərkəzin xilasedicilərinin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər müvafiq xilasetmə vasitələrindən istifadə etməklə şərti nəqliyyat qəzası nəticəsində deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri xilas edərək onlara təxirəsalınmaz ilkin tibbi yardım göstəriblər”.
Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.