10 Oktyabr 2022 17:33
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 15 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 822 186 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 727 nəfər müalicə olunaraq sağalıb, hazırda 531 aktiv xəstə var. Bu günə qədər 9 928 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 408, bu günə qədər isə ümumilikdə 7 274 499 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər